Xəbərlər və tədbirlər

  • Zirvə Liseyinin VIII sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

    • 2022-04-27

    Zirvə Liseyinin VIII sinif şagirdləri Bakı Mühəndislik Universitetində (BMU) ekskursiyada olublar.

    BMU-nun Pedaqoji fakültəsinin dekanı, dosent Elşad Abdullayev  ekskursiyanın təşkilində əsas məqsədin məktəbliləri universitet həyatı ilə yaxından tanış etmək olduğunu bildirib və ali təhsil ocağında mövcud olan fakültələr, tədris olunan ixtisaslar haqqında şagirdlərə ətraflı məlumatları təqdim edib. 

    Sonra şagirdlər universitetin Biologiya laboratoriyasında olublar. Kimya-biologiya kafedrasının müəllimi Həsənağa Mayilov laboratoriya ilə bağlı zəruri informasiyaları diqqətə çatdırıb, buradakı mövcud avadanlıqların funksiyalarını ətraflı izah edib.

    Daha sonra şagirdlərə İKT mərkəzi, Kitabxana, həmçinin Kimya, və digər tədris laboratoriyaları ilə yaxından tanış olmaq, laboratoriyalarda maraqlı təcrübələri əyani şəkildə izləmək imkanı yaradılıb.

    Zirvə Liseyinin Biologiya müəllimi Yeganə Əkbərli ekskursiyanın təşkilinə görə BMU rəhbərliyinə minnətdarlığını bildirib.

    ƏLAQƏ VASİTƏLƏRİ ⬇️
    📱 (051) 557 00 00
    📱 (070) 439 06 06
    ☎ (012) 409 06 06

    🌐 www.zirveliseyi.edu.az
    📍 Xırdalan şəhəri, H.Əliyev prospekti 167 / "AAAF Park" Yaşayış Kompleksi